Dünyanın ən iri istehlak elektronikası sərgisi öz işinə başlayır
Bu gün ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri - "Consumer Electronics Show 2016" (CES) sərgisi start götürür.
Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.
Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidə ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərini nümayiş etdirirlər.
"CES 2016"-da ekspozisiyalar üç əsas zalda və açıq meydançada yerləşdirilib.
Sərgi iştirakçıları avtomobil elektronikası, ev texnikası, sağlamlıq vəziyyətinə və idmanla məşğul olmaya nəzarət sistemləri və aksessuarlarla tanış edir.
Eyni zamanda, sərgi çərçivəsində rəqəmli təsvirin emalı, internet-texnologiyalar bazasında multimedialar, telekommunikasiya qurğuları, ev, oyunlar və simsiz həllərin vahid şəkildə idarə olunması sistemləri üçün geniş seçimli müxtəlif avadanlıqlar, eləcə də biometriya, robotların yaradılması və nanoişləmələr sahəsində nailiyyətlər təklif edilir.
Bundan başqa, sərgidə qurğuların ehtiyat hissələrinə və digər innovasiyalara həsr olunan stendlər görmək mümkündür.
Mərkəzi zalda kontentin ötürülməsi və yaradılması vasitələri, əyləncə, audio və videotəchizat elektronikası, o cümlədən portativ qurğular yer alıb.
Sərginin bir seqmenti də mobil əlavələrə həsr olunub. Belə ki, daha perspektivli əlavələr müsabiqənin finalına çıxaraq xüsusi mükafatlara layiq görüləcək.
Qeyd olunanlarla yanaşı, sərgi çərçivəsində tanınmış ekspertlərin və dünya brendlərinin nümayəndələrinin iştirakı ilə rəngarəng konfrans proqramları planlaşdırılıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL