XXVI Ümumdünya Poçt Konqresi İstanbulda keçiriləcək
Dünyanın poçt sahəsi üzrə qərar qəbuledici şəxsləri qlobal poçt sektorunun gələcəyini formalaşdırmaq üçün Türkiyədə toplaşacaqlar.
Poçt xidmətləri ilə bağlı qərarlar 20 sentyabr-7 oktyabr tarixlərində İstanbulda baş tutacaq XXVI Ümumdünya Poçt Konqresində veriləcək.
Qeyd edək ki, konqres Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali orqanıdır və hər dörd ildən bir keçirilir.
ÜPİ-nin yaydığı məlumata görə, 192 üzv ölkənin səlahiyyətli nümayəndələri dünyanın yeni poçt strategiyası haqda əsas qərarları qəbul edəcək, beynəlxalq poçt mübadilələri üçün gələcək qaydaları müəyyənləşdirəcəklər.
2017-2020-ci illər üçün nəzərdə tutulan yeni sənəd konqresin Türkiyədə keçirilməsi nəzərə alınaraq, İstanbul Poçt Strategiyası kimi tanınacaq.
Məlumat üçün bildirək ki, ölkəmiz 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL