waplog

Ötən ilin dekabr ayı ərzində "Elektron hökumət" portalı üzərindən ən çox müraciət olunan qurumlar bəlli olub


"Elektron hökumət" portalı şəffaf və rahat idarəetmənin mühüm komponentidir. Portal üzərindən e-xidmətlərə müraciət göstəricisi təqdim olunan xidmətlərin aktuallığını və keyfiyyətini ön plana çəkir. Portalın məqsədyönlü fəaliyyəti üçün mühüm olan bu göstərici müvafiq sahə ürzə rəqabət mühiti yaratmaqla "Elektron Hökumət" quruculuğunun inkişafına xidmət edir. Beləliklə, təkcə ötən ilin dekabr ayı ərzində "Elektron hökumət" portalı vasitəsi ilə  710981 dəfə elektron xidmətlərdən istifadə qeyd alınıb.

 

I yer - Müxtəlif istiqamətləri əhatə edən 36 xidmətini portala inteqrasiya edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə dekabr ayında xidmətlərin istifadə sayına görə liderdir. Dekabr ayında nazirliyin xidmətlərindən istifadə sayı 276588-ə çatıb.


II yer - Portal üzərindən 13 sosial xidmətini vətəndaşlara təqdim edən Dövlət Sosial Müdafiə Fondu isə liderlər siyahısında 2-ci yerdədir. Belə ki, ay ərzində qurumun təqdim etdiyi xidmətlərdən 238393 dəfə istifadə edilib.

 

III yer - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xidmətlərindən dekabr ayında 168584 dəfə istifadə edilib. Belə ki, ƏƏSMN-ni tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti hər zaman aktual olan sosial yönümlü xidmət olaraq istifadə sayına görə daim liderlik edir.

 

IV yer - Portalın operatorunun təşəbbüsü ilə qurumlararası informasiya mübadiləsi nəticəsində mümkün olan elektron arayışlardan dekabr ayı ərzində vətəndaşlar 19107 dəfə istifadə edib.

 

V yer - iyun-iyul aylarında daha aktual olanTələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderliketdiyi halda, dekabr ayında bu qurumun xidmətlərindən nisbətən az, ay ərzində 7020 dəfə istifadə edilib.

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL