İstənilən yerə quraşdırıla biləcək şəffaf televizor hazırlanıb
Yaponiyanın "Panasonic" şirkəti şəffaf televizor hazırlayıb. Qurğunun işləyən nümunəsi yanvarın 6-9-da Las-Veqasda keçirilən "Consumer Electronics Show" beynəlxalq istehlak elektronikası sərgisində nümayiş olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, 65 düymlük televizor işıq-diodlu paneldir. Displey işlək vəziyyətdə yarımşəffaf şkaf qapısını və ya istənilən interyerə uyğun gələ biləcək dekor elementini xatırladır. Qurğu sahibi hətta belə televizoru pəncərəyə quraşdıra və görünüşü istəyinə görə dəyişə bilər.
"Panasonic" nümayəndələrinin fikrincə, belə televizorlardan ilk növbədə kommersiya məqsədləri (məsələn, ticarət mərkəzlərində) üçün geniş istifadə oluna bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL