waplog

“Fövqəladə vəziyyətlərdə telekommunikasiya üzrə 2-ci Qlobal Forum” keçiriləcək


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə 26-28 yanvar tarixlərində Küveytdə "Fövqəladə vəziyyətlərdə  telekommunikasiya üzrə 2-ci Qlobal Forum" (GET-2016)  keçiriləcək.
 
 "Həyatın xilası" adı altında baş tutacaq foruma BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosu ilə yanaşı, Küveyt hökuməti də dəstək verir. İttifaqın yaydığı məlumata (http://www.itu.int/en/ITU-D/Emergency-Telecommunications/Pages/Events/2016/GET-2016.aspx) görə, "GET-2016" fövqəladə vəziyyətlərdə telekommunikasiya üzrə qlobal siyasətin, eləcə də fəlakət riskinin azaldılması ilə bağlı mövzuların müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.
 
Müzakirələr "Təbii fəlakətlərə hazırlıq", "Smart davamlı inkişaf modeli təşəbbüsü", "Tərəfdaşlıq və maliyyələşdirmənin rolu", "Texnologiyalar və innovasiyalar sahəsində tədqiqatlar" kimi əsas mövzuları əhatə edəcək.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL