waplog

“Vikipediya” internet ensiklopediyasının yaranmasından 15 il ötür


Bu gün "Vikipediya" internet ensiklopediyasının 15 illiyi qeyd edilir. Adı çəkilən resurs dünyada ən populyar informasiya mənbəyidir.
 
Bu universal ensiklopediyanın əsas üstünlüklərindən biri informasiyanın hər bir dövlətin rəsmi dilində təqdim edilməsi imkanının yaradılmasıdır.
 
"Vikipediya" məlumatların həcminə və tematik əhatə dairəsinə görə bəşəriyyət tarixində yaradılmış ən dolğun elektron ensiklopediya hesab edilir.
 
Hər bir internet istifadəçisi sözügedən resursa daxil ola, istənilən məqaləni taparaq oxuya bilər. Səhv aşkar etdikdə "redaktə et" düyməsinə sıxaraq bu səhvləri düzəltmək, yeni informasiya əlavə etmək mümkündür.
"Vikipediya"nın prototipi olan və 2000-ci ilin martında yaradılmış "Nupediya" adlı ingilisdilli sayt üçün məqalələri alimlər hazırlayırdı. Bunun nəticəsində 1 il ərzində resursda yalnız 12 məqalə dərc edilmişdi.
 
Ensiklopediyada yerləşdirilən məqalələrin sayını sürətlə çoxaltmaq üçün 15 yanvar 2001-ci il tarixində "Nupediya"nın yaradıcıları Cimmi Uels və Larri Senqer "Vikipediya" layihəsini istifadəyə veriblər. O vaxtdan etibarən istənilən internet istifadəçisi internet ensiklopediyanın redaktəsində iştirak etmək hüququna malik olub.
 
"Vikipediya" sözü resursun yaradılmasında tətbiq edilən "vika" texnologiyasından götürülüb. "Vika" Havay dilindən tərcümədə "sürətli" deməkdir.
 
"Alexa" saytların qiymətləndirilməsi reytinqinin məlumatına görə, indi "Wikipedia" resursu daxilolmaların sayına görə dünyada 7-ci yerdə qərarlaşıb. İnternet ensiklopediyada 30 milyondan çox məqalə dərc edilib, 550 milyon unikal ziyarətçi sayına malikdir, resursun 287 dildə bölməsi fəaliyyət göstərir.
Hazırda "Vikipediya"da Azərbaycan dilində 102203 məqalə mövcuddur.
 
Emil Hüseynov 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL