waplog

“Samsung” ikinci nəsil 14 nanometrlik texnoloji prosesdən istifadəyə keçir


"Samsung Electronics" şirkəti təkmilləşdirilmiş "LPP" (Low-Power Plus)  14 nanometrlik mikrosxemlərin kütləvi istehsalına başlayacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" resursuna istinadən yazır ki, ikinci nəsil 14 nanometrlik texnoloji prosesin tətbiqi istehsal olunan məhsulların yüksək məhsuldarlığını və enerji səmərəliyini təmin edəcək.
 
 
Təkmilləşdirilmiş 14 nanometrlik "LPP" proses tranzistor strukturunun yaxşılaşdırılması və prosesslərin optimallaşdırılması sayəsində əvvəlki texnoloji proseslə müqayisədə hesablamaların sürətini artırmağa və enerji sərfiyyatını 15 faiz azaltmağa imkan verir. 
 
İkinci nəsil 14 nanometrlik texnoloji prosesin hazırlanması mobil rabitə və "Əşyalar interneti" texnologiyaları sahəsində yüksək məhsuldarlıqlı və enerjiyə qənaətcil qurğulara artan tələbatı ödəməyə şərait yaradır.

Nizam Nuriyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL