waplog

Dünyanın nəhəng günəş elektrostansiyasının inşasına başlanılıb


Yaponiyanın "Kyocera Corporation" elektronika istehsalçısı dünyanın nəhəng günəş elektrostansiyasının tikintisinə başlayıb. Gücü 13,7 meqavat təşkil edəcək elektrostansiya Yamakura bəndinin su anbarında üzəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" resursuna istinadən yazır ki, elektrostansiya 2018-ci ilin martın sonunda istifadəyə veriləcək. 180 min kvadratmetr ərazidə yerləşən 50904 270 vatt özəkdən ibarət elektrostansiya işə salındıqdan sonra ildə 16170 meqavat-saat enerji generasiya edə biləcək.

Bu, 19 min barel neftə bərabərdir və 5 min evi elektrik enerjisi ilə təmin etməyə kifayət edir.


Nizam Nuriyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL