waplog

İnsanlar bir-birinin üçölçülü proyeksiyasını görə biləcək


 “Microsoft” korporasiyasının tədqiqat bölməsi “Room2Room” videorabitə texnologiyasının təkmilləşdirilməsi üsulunu hazırlayır. Texnologiyanın əsasını həmsöhbətlərin ev interyerində təsvir edilən həqiqi simalarının üçölçülü proyeksiyasını görməsi təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” resursuna istinadən yazır ki, insanın skan edilməsində və proyeksiyanın təsvirində “Microsoft”un əvvəlki eksperimentinə cəlb edilən “Room Alive” proyektorları və “Kinect” kameraları iştirak edir. Mütəxəssislərin sözlərinə görə, texnologiya təsviri insanın ona hansı bucaqdan və məsafədən baxmasından asılı olaraq düzgün nümayiş etdirməyə, eləcə də proyeksiyanı stul və digər mebel əşyalarına “əyləşdirməyə” imkan verir.
 
Texnologiyanın sınaqları yeddi cüt könüllünün iştirakı ilə keçirilib. Onlara bloklardan üçölçülü obyektlər toplamaq tapşırığı verilib. Cütlərdən bir nəfər blokların yerləşdiyi otaqda olub, digəri isə qonşu otaqdan hansı əşyaları toplamağın lazım olması ilə bağlı göstərişlər verib.
 
Nəticələrə görə, sınaqda iştirak edənlər ünsiyyət üçün “Skype” servisindən istifadə edən zaman tapşırığın yerinə yetirilməsinə 9 dəqiqə sərf ediblər. “Room2Room” texnologiyasından istifadə edəndə isə bu göstərici 7 dəqiqəyədək azalıb. Cütlüklərə üzbəüz duraraq tapşırığı həll etmək tapşırılanda, onlar bunu 4 dəqiqəyə yerinə yetiriblər.
 
“Microsoft” nümayəndələri bildiriblər ki, texnologiya kommersiya istifadəsi üçün hələ ki hazır deyil.
 
Nizam Nuriyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL