waplog

Yaponiyada şübhəli şəxslərin “3D” şəkilləri hazırlanacaq


Güc strukturları tərəfindən sifətin tanınması texnologiyasından istifadə artır. Şəkil və videosiqnal skan edilərək insan sifətinin cizgiləri fərqləndirilir və bundan sonra məlumat bazasındakı nümunələrlə tutuşdurulur. Tokio şəhərinin polis departamentinin mütəxəssisləri cari ilin aprelindən etibarən həbs edilmiş şübhəli şəxslərin “3D” şəkillərini hazırlayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, belə təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, tutumlu şəkil müşahidə kameraları tərəfindən çəkilmiş görüntülərdə cinayətkarı daha sürətli və effektiv tanımağa imkan verəcək. Bu halda insanın sifətini qismən örtən obyektlər onun tanınmasına mane olmayacaq. “3D” kameralar bütün region üzrə  102 polis bölməsində qurulacaq və  çəkilmiş sifət cizgiləri mərkəzi polis departamentinin məlumat bazasında saxlanılacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL