Pilotsuz uçan aparatlar müsabiqəsində amfibiya dron nümayiş olunub
ABŞ-ın Oklend Universitetinin mütəxəssisləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən pilotsuz uçan aparatlar müsabiqəsində “Loon Сopter” adlanan amfibiya dron nümayiş etdiriblər. Alimlərin hazırladığı qurğu final mərhələsinə çıxan on layihə siyahısına daxil olub ki, onların da sırasından müsabiqənin qalibi seçiləcək.
“ICTnews” Elektron Xəbər Xidməti "Lenta” resursuna istinadən yazır ki, qurğu həm havada uça, həm də su altında hərəkət edə bilməsinə görə digər pilotsuz uçan aparatlardan fərqlənir.
2014-cü ildə “HexH2o” adlanan oxşar aparatı Tayvanın "QuadH2o” şirkəti hazırlayıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL