Bu il Rusiyada kosmik robotların hazırlanmasına başlanacaq
2016-cı ilin üçüncü rübünün sonunda Rusiya alimlərinin kainat məkanında müxtəlif əməliyyatları yerinə yetirəcək robotların yaradılması üzərində işi başa çatdırması gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “GlobalScience” resursuna istinadən yazır ki, tədqiqatçılar eksperimentin vacib tərkib hissəsi kimi şüurlu mexanizmi hesab edirlər. Onlar robot və insan arasında anlaşmaya nail ola bilsələr, kosmik məsələlər bir neçə il ərzində öz həllini tapa bilər. Mühəndislərin fikrincə, şüurlu mexanizm kosmosda iş haqqında təsəvvürü tam dəyişmək iqtidarındadır.
Məlumat üçün qeyd edək ki, robot kosmonavt elmdə kosmik sahənin tədqiqi, müəmmaların və sirlərin açılması ilə məşğul olan yeni sözdür. Tədqiqatçı robotların yaxın planlarına “kosmik zibil”in strukturunun öyrənilməsi və kosmik məkanın peyk aparatlarının fəaliyyətini pozan müxtəlif qatqı maddələrindən təmizlənməsi daxildir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL