waplog

Görmə məhdudiyyətli insanlar üçün dünyada ilk elektron dərslik yaradılıb


Rusiyalı alimlər zəif görən insanlar üçün dünyada ilk elektron dərslik yaradıblar.
 
"Zəif görən insanların tədrisi kifayət qədər mürəkkəb prosesdir. Biz bu prosesi asanlaşdırmaq üçün dünyada hələ ki analoqu mövcud olmayan elektron dərslik yaratmışıq. Bu halda şagird və müəllim üçün ayrı-ayrı modullar nəzərdə tutulub, yəni tədris zamanı onlar bir-birinə mesaj göndərə bilərlər" – Tümen Dövlət Universitetinin elmi işçisi Aydar Faxrutdinov deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, qurğu "Сиолл" (ingiliscədən tərcümədə “hər şeyi görürəm” deməkdir) adlandırılıb, çünki istənilən formatlı faylları qəbul etmək qabiliyyətinə malikdir. "İstifadəçi fləş kartını elektron dərsliyə daxil etdikdən sonra proqram informasiyanı lazımi formata çevirir və bundan sonra  Brayl şriftində işçi paneldə əlçatan olur. Görmə məhdudiyyətli insan bu şriftlərə toxunmaqla onu oxuya bilər. Xüsusi qrifelin köməyi ilə ayrıca paneldə mətn yığmaq olar. Həmçinin musiqi dinləmək mümkündür" – Faxrutdinov deyib.
 
Tümen Dövlət Universitetinin alimləri bildiriblər ki, növbəti mərhələdə elektron dərsliyin internetə qoşulmasını təmin etmək planlaşdırılıb. Nəticədə zəif görən insanlar şəbəkədə yerləşdirilmiş istənilən materialı əldə edə bilərlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL