Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresinə hazırlıq üzrə İşçi Qrupunda təmsil olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Ümumdünya Poçt İttifaqının konqresinə hazırlıq üzrə İşçi Qrupunda təmsil olunub.
Yanvarın 26-da Moskva şəhərində baş tutan ilk iclasda Regional Rabitə Birliyinin (RRB) Azərbaycanla yanaşı digər üzv ölkələri, o cümlədən, Özbəkistan, Rusiya Federasiyasının nümayəndələri iştirak edib, Belarus, Qazaxıstan, Moldova mütəxəssisləri isə tədbirə videokonfrans vasitəsilə qoşulublar.
İclas çərçivəsində İşçi qrupunun tərkibinin formalaşdırılması, ÜPİ-də reformlar üzrə layihə qrupunun iclasının yekunları barədə məlumat mübadiləsi, RRB-nin üzvü olan ölkələrin Rabitə Administrasiyaları tərəfindən ÜPİ-nin 26-cı Konqresində baxılmaq üçün hazırlanmış Ümumi təkliflərin müzakirəsi, RRB-nin üzvü olan ölkələrin ÜPİ-nin Administrativ Şurasına və Poçt Əməliyyatları Şurasına namizədliyinin təklif edilməsi və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının konqresi 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL