Dördüncü sənaye inqilabı əmək bazarına necə təsir göstərəcək?
Cari ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumunun hesabatına əsasən, 5 il sonra iş yerlərinin sayı azalacaq. Belə ki, dördüncü sənaye inqilabı indi mövcud olan peşə bacarıqlarının 35%-dən çoxuna təsir edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına isytinadən yazır ki, 2020-ci ilə robot texnikası və avtonom işləyən nəqliyyat vasitəsi, süni intellekt və kompüter təlimi aktuallaşacaq, yeni materiallar, biotexnologiya əlçatan olacaq. Bu isə o deməkdir ki, bir sıra peşə sahiblərinə tələbat olmaya bilər. Əksinə, hazırda mövcud olmayan peşələr gələcəkdə adi hala çevriləcək.
Forumda iştirak edən işə götürənlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, 2020-ci ilə qədər ən çox tələbat olan 10 peşə bacarığı müəyyənləşdirilib:
-
Kompleks məsələlərin həlli
-
Tənqidi təfəkkür
-
Yaradıcılıq qabiliyyətləri
-
İdarəetmə qabiliyyəti
-
Başqa şəxslərlə koordinasiya
-
Emosional intellekt
-
Düşünmək və qərar qəbul etmək qabiliyyəti
-
Xidmət sahələrinə köklənmək
-
Danışıqların aparılması bacarığı
-
Koqnitiv elastiklik.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL