waplog

Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub


Britaniya neyrocərrahları epilepsiyadan əziyyət çəkən yeniyetməni əməliyyat etmək üçün robotdan istifadə ediblər. İlk dəfə bu məqsədlə hazırlanan proqram xəstənin beyni üzrə zədələnmiş yerlərə çatmağa imkan verən naviqasiya sistemi qurub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “interfax.ru” resursuna istinadən yazır ki, 15 yaşlı Bill Uaytker yeddi ildir epileptik tutmalardan əziyyət çəkirmiş. Beyin toxumalarının kəsilib götürülməsi üzrə aparılan adi əməliyyatlar uğursuz olub. Bu dəfə isə neyrocərrahlar beyinin dərinliyinə elektrodlar yerləşdirmək üçün 350 min funt-sterlinq dəyərində robotdan istifadə ediblər.
 
“Biz beyinin epilepsiya mənbələri olduğu hissələrinə mikroskopik dəqiqliklə bir neçə elektrod yerləşdirmək üçün robotdan istifadə etdik”, - neyrocərrah-məsləhətçi Maykl Karter deyib. Cərrahın sözlərinə görə, elektrodlardan biri toxumanın zədələnmiş yerini çox gözəl göstərib ki, nəticədə də o, kəsib götürülüb.
 
Əməliyyatda tətbiq edilən oxşar robotlardan avtomobil zavodlarında istifadə olunur.
 
Nizam Nuriyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL