waplog

Avstriya Azərbaycanın İT-layihələrində iştirakda maraqlıdır


Avstriya informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdır.

Bunu jurnalistlərə RİTN-in beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov deyib.

Onun sözlərinə görə, əməkdaşlıq məsələlərinin bu gün  nazirlikdə keçiriləcək "Elektron hökumət" mövzusunda xüsusi diskussiya panelində müzakirə edilməsi planlaşdırılır.

"Avstriya tərəfi Azərbaycanda Regional İnnovasiya Zonasının (RİZ) təşkili, "Trans-Avrasiya Super İnformsiya Magistralı" nın tikintisi və ölkədə İKT sahəsində həyata keçirilən digər layihələrdə, o cümlədən Avstriyanın hazır həllərlə çıxış etdiyi "Elektron hökumət" -in qurulması layihəsində iştirak etməkdə maraqlıdır", - Bayramov deyib.

Avstriya şirkətlərinin RİZ layihəsində iştirakına gəlincə, Bayramovun sözlərinə görə, bu, iştirak şərtlərinin Avstriya tərəfinə nə qədər sərf edəcəyindən asılıdır.

RİZ-in təşkili layihəsi innovativ sahibkarlığın inkişafı, proqram təminatının istehsalı və ixracı üzrə regional baza üçün texnoloji parkların təşkili, habelə ölkənin effektiv tranzit informasiya mərkəzinə çevrilməsini nəzərdə tutur.

Bu məsələlərin müsbət həlli məhsulların Azərbaycana idxalı üçün əlverişli şəraitə təkan verəcək, həmçinin ölkə ərazisində xarici investorların sonrakı mərhələdə məhsullarının regional bazarlara ixracı üçün istehsal xəttinin təşkilinə yardım edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL