“Cisco”: 2020-ci ilə smartfondan istifadə edənlərin sayı elektrik enerjisi istehlakçılarından çox olacaq
Mobil telefonlardan istifadə genişlənir. “Cisco” şirkətinin araşdırmasına görə, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələcək.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Cisco” şirkətinin məlumatına əsasən, 2020-ci ilədək dünyada 5.4 milyard nəfər smartfondan istifadə edəcək. Müqayisə üçün bildirək ki, hesablamalara görə, sözügedən dövrdə 5.3 milyard nəfər elektrik enerjisi, 3.5 milyard nəfər isə sudan istifadə edə biləcək.
Ekspertlər hesab edir ki, istifadədə olan smartfonların sayı cəmiyyətin həyatın bütün aspektlərində bu qurğulardan asılılığını göstərir. Belə ki, “ağıllı” telefonların köməyi ilə zəng etmək, dostlara mesaj göndərmək, məhsul və ya kommunal xidmətlərin haqqını ödəmək olar. Hesabata əsasən, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələrək 366.8 ekzabayt təşkil edəcək.
366.8 ekzabayt – bu, sosial şəbəkələrdə yerləşdirilmiş 81 trilyon şəkil və ya 7 trilyon videoçarxa ekvivalentdir.
2020-ci ilə dünyada 11.6 milyard smartfon hazırlanacaq. Məlumat üçün bildirək ki, 2015-ci ildə bu göstərici 7.9 milyard olub. Həmçinin 2020-ci ilə “5G” rabitə texnologiyası işə salınacaq.
Mobil internetin qlobal orta sürəti saniyədə 6.5 meqabitə yaxınlaşacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL