Dünyada ən dəqiq atom saatı yaradılıb
Almaniya Fizika-Texnika Federal İnstitutunda işləyən alimlər dünyada ən dəqiq atom saatı yaradıblar. Bu haqda institutun saytında yazılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “rns.online” saytına istinadən yazır ki, məlumata əsasən, saatın mexanizmi itterbium ionlarının titrəyişini saniyədə trilyonlarla dəfə ölçür ki, bu da yüksək dəqiqlik əldə etməyə imkan verir. Alimlər bu saatın yaradılmasında itterbium ionlarının bir neçə nadir xüsusiyyətindən istifadə edərək ionların iki enerji vəziyyətində olmasına nail olublar.
Əvvəllər atom saatının yaradılmasında istifadə olunan sezium atomu titrəməsi ilə müqayisədə itterbium atomunun titrəmə tezliyi yüksək olduğundan yeni atom saatı 100 dəfə daha dəqiq işləyir.
Atom saatı kosmik gəmi, peyk, ballistik raket, təyyarə, sualtı qayıqların mövqeyinin təyin edilməsi üçün naviqasiyada istifadə edilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL