Alimlər uşaqlarda autizm xəstəliyini müəyyən etməyə imkan verən mobil proqram yaradıblar
Avstraliyalı alimlər yaşı 1-dən yuxarı uşaqlarda autizm əlamətlərini müəyyən etməyə imkan verən mobil proqram hazırlayıblar. Mütəxəssislər əmindirlər ki, yeni həll erkən inkişaf mərhələsində problemi müəyyənləşdirməyə imkan verəcək.
Statistikaya görə, avstraliyalı uşaqlarda autizm xəstəliyinin müəyyənləşdirilməsi üzrə orta yaş həddi 4-ə bərabərdir. Bu halda həkimlər yaşı 2-dən az olan uşaqların yalnız 3%-də sözügedən xəstəliyi müəyyən edir.
“ICTnews” Elektron Xəbər Xidməti “ABC Online” saytına istinadən yazır ki, «Autism & Beyond» adlandırılmış mobil proqram uşağın videoçarxlara reaksiyasının təhlilinə əsaslanır. Belə ki, video izləyən uşağın mimikasını təhlil edən mobil proqram onun valideynlərinə xəstəliyin olub-olmadığı haqda məlumat verir. Sözügedən smartfon tətbiqi klinik materiallar əsasında hazırlanıb və 2016-cı ilin sonunda buraxılıb.
“Biz qabaqcıl araşdırmaların nəticələrini mobil proqrama tətbiq etmişik. İndi valideynlər evi tərk etmədən diaqnostika apara bilərlər” – psixoloq Jozefina Barbara deyib.
Bununla belə, həkimlər xəbərdarlıq edir ki, mobil proqram yalnız xəstəliyin əlamətlərini müəyyən etməyə imkan verən köməkçi alət rolunu oynayır. Hər hansı bir şübhə olduqda peşəkar tibbi yardım üçün müraciət etmək tövsiyə olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL