waplog

Alimlər tərəfindən yaradılmış metallaşdırılmış şüşə televizoru əvəz edəcək


Britaniya Kolumbiyası Universitetində işləyən alimlər tərəfindən yaradılmış şüşə yalnız ondan buraxılan işığı tənzimləmir, həm də gələcəkdə adi şüşədən televizora çevrilmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlər belə şüşə yaratmaq üçün onun üzərinə işığı buraxmaq qabiliyyətinə malik nazik metal qatı çəkiblər və əldə edilmiş şüşənin işığı buraxmaq qabiliyyəti yüksəlib. Metalın cərəyan keçirmə qabiliyyətini nəzərə alan istehsalçılar gələcəkdə şüşənin televiziya ekranına translyasiyasına nail olmaq istəyirlər. Alimlər displey üçün istifadə edilən materialların istehsal xəttini genişləndirmək istəyirlər. Elektrik cərəyanını keçirmək qabiliyyətinə malik nazik, şəffaf elementlərin mövcudluğu texnologiya üçün vacibdir.

İstehsalçılar sonrakı mərhələdə “ağıllı” şüşə ilə “Windows” sisteminin proqram mühitini  inteqrasiya etmək istəyirlər. Belə inteqrasiyanın hədəfi enerji effektiv pəncərələrinin yaradılmasıdır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL