Alimlər insan sümükləri və əzələlərinin çapı üçün “3D” printer yaradıblar
“Nature Biotechnology” jurnalında dərc edilmiş məqalədə deyilir ki, amerikalı biomühəndislər gövdə hüceyrələri və xüsusi polimer şablonların köməyi ilə insan bədəninin ayrı-ayrı sümüklərinin, əl, qulaq və qığırdaqların sürətinin tam çap edilməsinə imkan verən qeyri-adi üçölçülü bioprinter yaradaraq onu uğurla sınaqdan keçiriblər.
"Toxuma və orqanların çap edilməsi üzrə yeni texnika xəstələr üçün orqanlar hazırlamağa imkan verən texnologiyanın yaradılması istiqamətində atılmış mühüm və çox ciddi addımdır. İndi biz öz sabitliyini qoruyub saxlayan insan orqanlarının surətini çap etmək imkanına malikik. Gələcəkdə sözügedən texnologiya implantasiya üçün yararlı toxuma və orqanların üçölçülü texnologiya üzrə çapına kömək edəcək" – amerikalı alim Entoni Atala deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Entoni Atala və onun həmkarları bildirib ki, gövdə hüceyrələrinin köməyi ilə orqanların yetişdirilməsində əsas maneələrdən biri odur ki, onların çapı yalnız nazik təbəqədən istifadə zamanı mümkündür. Alimlərin sözlərinə görə, qalınlıq 200 mikrometri ötdükdə, toxuma məhv olmağa başlayır, çünki qida maddələri və oksigen qan damarlarının iştirakı olmadan belə dərinliyə daxil ola bilmir. Onlar xüsusi polimer yaratmaqla bu problemi həll ediblər.
Alimlər orqan "çap edildikdən" sonra onu siçanın orqanizminə və ya hətta insan bədəninə transplantasiya edirlər, orqan orada qan damarlarının köməyi ilə tədricən inkişaf edir, polimer isə tədricən parçalanır. Nəticədə lazımi üçölçülü forma və toxuma növlərinə malik işlək orqan yaranır.
Xatırladaq ki, bu yaxınlarda Rusiyada bioprinter vasitəsilə dünyada ilk dəfə işlək orqan çap edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL