Yeni mobil proqram zəlzələ barədə xəbərdar edəcək
Berkli Kaliforniya Universitetinin tədqiqatçıları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün zəlzələ barədə xəbərdarlıq edən yeni mobil proqram yaradıblar. "MyShake" adlanan proqram yaxınlaşan fəlakətin ilk əlamətlərini aşkar edərək bu barədə istifadəçini xəbərdar edir və ona özünü və digər insanları necə qorumaq üçün hansı addımları atmağın lazım olmasını bildirir.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, proqram, əslində, mobil qurğunu seysmoqrafa çevirir. O, "Android" sistemli smartfona quraşdırılan ötürücülərdən (ilk növbədə istifadəçinin olduğu yeri izləyən akselerometr), eləcə də saxta siqnalları həqiqi siqnallardan fərqləndirməyə imkan verən xüsusi alqoritmlərdən istifadə edir.
"MyShake" proqramının məlumatları yaxınlıqda olan bir yox, çoxsaylı qurğulardan ötürülən göstəricilərə əsaslanır. Beləliklə, səhvə yol vermə ehtimalı çox azdır və sistemdə nə qədər istifadəçi çox iştirak edirsə, bir o qədər proqnoz dəqiq olur. Tərtibatçıların sözlərinə görə, "Android" proqramı "GPS" sistemindən istifadə etmir, vaxtaşırı serverlərə kiçik məlumatlar paketi göndərir ki, bu da qurğunun akkumulyatorunun işləmə müddətinə təsir göstərmir.
Yeraltı təkanları qeydə alan "MyShake" dərhal mərkəzi serverə zəlzələnin başlaması, o cümlədən tarixi və vaxtı, baş verdiyi yer və təxmini maqnitudası haqqında operativ informasiya göndərir. Minlərlə "Android" smartfondan toplanan hesabat əsasında sistem zəlzələnin təsir radiusunda olan digər istifadəçiləri fəlakətin yaxınlaşması barədə xəbərdar edə bilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL