2015-ci ildə süni intellekt sahəsinə 128 milyon dollar məbləğində sərmayə yatırılıb
“Facebook” və “Google” şirkətləri Silikon vadisində süni intellekt sahəsi üzrə lider sayılırlar. Hər iki şirkət bu istiqamətdə külli miqdarda vəsait sərmayə yatırıb, “Facebook” messencerində “M” smart köməkçisi və internet nəhənginin süni intellektə malik çatı kimi layihələrin inkişafı üçün ən yaxşı işçiləri işə götürüb.
Başqa İT şirkətləri, həmçinin bu sahədə birinci olmaq istəyirlər. Məsələn, “IBM” korporasiyasının “Watson” layihəsi fitness məşqçi rolunda çıxış edə və televiktorinalarda iştirak edə bilər. Yaxud “Apple” korporasiyası süni intellekt sahəsi üzrə araşdırmalar aparan şirkətləri satın alır, “Microsoft” isə it (həmçinin insan) şəkillərinin tanınması üzrə yeni alqoritmlər yaradır.
“ICTnews” Elektron Xəbər Xidməti “rusbase.com” saytına istinadən yazır ki, “CB Insights” tədqiqat firması Silikon vadisində fəaliyyət göstərən digər şirkətlərin süni intellekt sahəsinə sərmayə yatırımı haqda informasiya dərc edib.
Hesabata əsasən, 2010-cu ildən etibarən 45-dən çox şirkət süni intellekt alqoritmləri üzrə hazırlamalarla məşğul olan startaplara investisiya qoyublar.
2014-cü ilin son rübündə süni intellekt işləmələri üzrə investisiya qoyuluşunun həcmi rekord məbləğ təşkil edib.
2015-ci ildə isə 15 böyük sazişin bağlanması nəticəsində sözügedən sahəyə investisiya yatırımı 128 milyon dollar olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL