“Elektron hökumət” portalı üzərindən təqdim olunan “İş yerinə dair arayış” elektron xidmətindən 247 min dəfə istifadə olunub
"Elektron hökumət" portalı üzərindən təqdim olunan "İş yerinə dair arayış" elektron xidmətindən vətəndaşlar cari ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çox faydalanıblar.
Statistik rəqəmlər göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu xidməti əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.
"Elektron hökumət" portalında autentifikasiyadan keçərək "İş yerinə dair arayış" e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyatı quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir.
Nazirlikdən bildirilib ki, artıq vətəndaşın bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır.
Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa, onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.
Bu amillərin nəticəsidir ki, "İş yerinə dair arayış" e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən bu günə qədər ümumilikdə 247 min dəfə istifadə qeydə alınıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL