waplog

ABŞ-da insan əlinin dəqiq mexaniki surəti yaradılıb


ABŞ alimləri qurğu və mexanikası insan əlinin dəqiq surəti olmaqla məsafədən idarə edilən robotlaşdırılmış manipulyator icad ediblər. Texnologiya ilə bağlı hesabat Elektrotexnika və Elektronika İnstitutunun (IEEE) mayın 16-21-də Stokholmda keçiriləcək Beynəlxalq robot texnikası və avtomatika üzrə konfransa (ICRA 2016) təqdim edilmək üçün hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Interfax” resursuna istinadən yazır ki, Sietl Vaşinqton Universitetinin tədqiqatçıları bildiriblər ki, müasir biomimetik antropomorf protezlərdə çoxlu kompromis texniki həllər (oynaqların ilmə, dartıcı, hiroskop və s.) olduğundan onlar  funksionallığına görə real insan əlindən xeyli geri qalır. Bu səbəbdən onlar tədqiqat işində real əlin forma və mexanikasının dəqiq surətini çıxarmaq qərarına gəliblər.

Mütəxəssislər işə əlin skeletini lazerlə skan edərək “3D” printerdə sümüklərin dəqiq surətini çap etməklə başlayıblar. Bununla onlar, məsələn, barmağı geri çəkməyə və irəli gətirməyə imkan verən baş barmağın falanqası və əl darağının sümükləri arasında oynaqları əldə etməyə nail olublar.

Bənd və vətərlər yüksək molekulyar kütləyə malik polietilenin möhkəm tellərindən (Spectra) hazırlanıb. Əlin hərəkətində iştirak edən yumşaq toxumalar (çevikliyi məhdudlaşdıran və ya elastikliyi təmin edən) lazerlə rezindən kəsilməklə əvəz olunub. Ondan, həmçinin vətərlər üçün kanallar və açılan örtüklər hazırlanıb.   

Mühəndislər əzələ yerinə polietilen tellərlə bazu önləri kimi vətərlərlə birləşmiş 10 "Dynamixel” servomühərrikdən istifadə ediblər. Hərəkətə nəzarət üçün barmaq uclarına əksedici markerlər bərkidilib ki, onların da koordinatları “VGA” təsvir ölçülü yeddi 240 herslik infraqırmızı "Vicon Bonita” müşahidə kamera sistemi ilə qeydə alınıb.

Ərsəyə gətirilən manipulyator operatorun əlinə taxılan ötürücülər sistemi ilə birləşdirilib. O, əl ilə dəqiq mexaniki oxşarlıq sayəsində insanın hərəkətlərini, həm güclü, həm də incə manipulyasiyalarda yüksək dəqiqliklə təkrar edib.

Tədqiqatçılar manipulyatorun məsafədən idarə olunan vəzifələri yerinə yetirməyə yararlı olması üçün onun konstruksiyasını təkmilləşdirmək niyyətindədirlər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL