waplog

“KVAN-a həyat ver” onlayn kampaniyası davam edir


Yüksək Texnologiyalar Parkının  (YTP) Biznes İnkubasiya Mərkəzində  fəaliyyət göstərən  komandalardan biri olan "GR8CLUB" tərəfindən uğurlu bir layihə həyata keçirilir.

Belə ki,   komandanın üzvü Coşqun Kərimovun müəllifliyi ilə "KVAN" adlı kitab hazırlanıb. Nəşrin əsas məqsədi gənclərimizi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun çox məhsuldar və aktiv addımlar atmağa sövq etmək və onları cəmiyyətə maksimal xeyirli fərdə çevirməkdir.

İnformasiya-kommunikasiya sahəsində fəaliyyət göstərənlər və bu sahəyə marağı olan şəxslər üçün faydalı olacağı nəzərə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən  kitabın çap olunmasına dəstək verilir.  


Yüksək Texnologiyalar Parkında Coşqun Kərimov üçün innovativ üsulla çap etme və satış işini həyata keçirmək üçün şərait yaradılıb. Parkda olan kreativ mühitdən ilhamlanaraq müəllif "KVAN" kitabının "qərarların gücü", "cəsarəti necə tapım?" və digər maraqlı mövzuları əhatə edən ilk 65 səhifəsini oxuculara ödənişsiz qaydada onlayn təqdim edib. 
 
Məlumat üçün bildirək ki, ilk 65 səhifəni www.kitabsiz.az ünvanından yükləmək olar.

Qeyd edək ki, "KVAN-a həyat ver" adı altında keçirilən onlayn kampaniya mart ayının əvvəlinə qədər davam edəcək.

Kampaniya çərşivəsində kitabın ilk hissəsini oxumuş və onu tam şəkildə əldə etmək istəyənlər əvvəlcədən sifariş yolu ilə nəşrin çap olunması  üçün dəstək göstərmiş olacaq. Kitabı ödəmə terminalları vasitəsiylə ödəniş edərək əvvəlcədən sifariş etmək mümkündür.  

Maraqlı məqam ondan ibarətdir ki, kitabı sirafiş edən şəxslərin və ya şirkətlərin adları kitabın  "KVAN-a həyat vermişdilər" siyahısında  qeyd ediləcəkdir.

Oxucuların istəyi ilə kitab 2 həftə ərzində tamamlanıb və artıq çapa hazırdır.

Kitabın  "San-Fransisko" və "VitalCV" bölmələri müəllifin məhz Yüksək Texnologiyalar Parkında  fəaliyyət göstərdiyi müddətdə yazılıb. Müəllif  bu məkanın onun üçün yeni və məhsuldar ideyaların tədbiq olunmasında bir başlanğıc nöqtəsi olduğunu qeyd edib.

Kitab yerli oxucularla yanaşı, həmçinin Türkiyə, Rusiya, ABŞ və Avropa oxucularına da təqdim edilmək üçün tərcümə edilir.

 "KVAN-a həyat ver" kampaniyası barədə  daha ətraflı məlumatla facebook və twitter-də #kvanoxu "hashtag"ı vasitəsilə tanış olmaq olar. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL