“MasterCard” onlayn ödənişlərin verifikasiyası üçün selfi şəkillərin köməyindən istifadə edəcək
“MasterCard” onlayn ödənişlərin verifikasiyası üçün selfi şəkil və barmaq izinin köməyindən istifadəyə başlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “interfax.ru” saytına istinadən yazır ki, selfi şəkil və barmaq izlərinin köməyi ilə verifikasiya məqsədilə proqram qurmaq lazımdır. Kompüter, planşet və smartfon üçün müvafiq proqram təminatı çıxarılacaq. Öncədən çəkilmiş şəkildən selfi kimi istifadə etmək olmaz. Belə ki, ödənişin verifikasiyası üçün cari anda kameraya baxaraq gözü qırpmaq lazımdır.
Artıq cari ilin yayında bu seçim ABŞ, Böyük Britaniya, Kanada, Niderland, Belçika, İspaniya, İtaliya, Fransa, Almaniya, İsveçrə, Norveç, İsveç, Finlandiya və Danimarka vətəndaşları üçün əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL