Məşhur brenddən yeni məhsul: mobil proqramla birlikdə işləyən diş fırçası
Barselonada keçirilən "MWC 2016" sərgisində məşhur "Oral-B" şirkəti yeni məhsul olan "Oral-B Genius" diş fırçasını təqdim edib. Yeni məhsulun özəlliyi smartfon kamerası ilə birlikdə xüsusi mobil əlavədən istifadədədir. Qurğu dişlərin sağlamlığını izləməyə imkan verən sensorlarla təchiz edilib. Belə ki, "Oral-B Genius" sahibinə təmizləmə zamanı dişin müəyyən hissəsi təmizlənmədiyi halda bu barədə xəbərdarlıq edir.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, proqram vasitəsilə "ağıllı" fırça istifadəçiyə təmizləmə davamlılığı, eləcə də təmizləmə zamanı göstərilən təzyiq barədə məlumat verir. Diş ətlərinin vaxtından əvvəl sürtülüb yeyilməməsi üçün quraşdırılmış "Oral-B Genius" təzyiq ötürücüsü başlığın fırlanma sürətini zəiflədir.
Xüsusi vaxt ölçüsü ağız boşluğunun hər bir hissəsinə ən azı 30 saniyə ayrılaraq təmizlənməsini tənzimləyir. Fırçanın topladığı enerji yenidən enerji toplamadan ikihəftəlik mütəmadi təmizləməyə yetərli hesab olunur. On iki müxtəlif rəngin daxil olduğu işıqlandırma sistemi sayəsində istifadəçi istəyinə uyğun rəngi seçə bilir.
"Oral-B Genius" dəstinə smartfonun güzgüdə fiksasiyası üçün bərkidici, eləcə də qurğunun enerji topladığı futlyar daxildir.
Bu ilin iyulunda satışa çıxarılacaq "Oral-B Genius" fırçasının qiyməti hələ ki məlum deyil.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL