waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi Azərbaycanın ilk və yeganə impakt faktor alan jurnalının növbəti cildi çapdan çıxıb


Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına daxil edilmiş və impakt faktor (keyfiyyət əmsalı) alan Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən "Applied and Computational Mathematics" (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 1-ci sayı çapdan cıxıb.


Respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərinin dünyada layiqincə təbliğ edən jurnalın bu sayında dünyanın müxtəlif ölkələrindən (ABŞ, Rusiya, İspaniya, Gürcüstan, Türkiyə, Tayvan və s.) olan tanınmış alimlərin məqalələri dərc olunub.


Qeyd edək ki, bu məqalələr monoton operatorlar metodu, paralel hesablamalar, kəsr üstlü hiperbolik diferensial tənliklər, optimal idarəetmə nəzəriyyəsinin və s. müasir problemlərinə həsr olunub.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL