Məkan daxilində naviqasiya sisteminə malik ilk planşet nümayiş etdirilib
“Lenovo” şirkəti “Google Tango” texnologiyasını dəstəkləyən ilk qurğusunu təqdim edib. Sözügedən texnologiya mobil qurğu istifadəçilərini ətraf məkanın öyrənilməsi ilə təmin edir. Bu, faktiki olaraq məkan üçün “GPS” naviqasiyasının analoqudur.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Google Tango” texnologiyasının əsasını indi iki mobil proqram təşkil edir. “Guidigo” adlı proqram muzeylərdə naviqasiya funksiyası rolunu oynayır. Məsələn, istifadəçi onu maraqlandıran şəkil haqda məlumat öyrənmək istədikdə mobil proqram istifadəçiyə həmin obyektə gedən yolu göstərəcək.
Bundan başqa, proqram eksponatlar haqda əlavə məlumat verə bilər. Məsələn, əgər qurğu panorama istiqamətinə yönəldilsə, proqram onun ayrı-ayrı fraqmentləri haqda informasiya verəcək, həmçinin audiobələdçini (turistlər üçün soraq kitabçası) işə sala bilər.
“Glympse” adlı digər mobil proqram hansısa bir ictimai yerə birgə gəlmiş, amma sonra bir-birini itirmiş dost və tanışları tapmağa imkan verir.
İstifadəçilər bir-birini tapmaq üçün müvafiq funksiyanı aktivləşdirməli və “Wi-Fi” hotspota qoşulmalıdırlar. Bundan sonra proqram istifadəçini əhatə edən ərazinin videotəsvirində onun dostlarının olduğu yeri göstərəcək.
“Lenovo” şirkətinin “Google Tango” texnologiyasını dəstəkləyən planşeti 2016-cı ilin avqustunda satışa çıxarılacaq, başlanğıc qiyməti 500 avrodur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL