“Google” şirkəti səsli redaktə funksiyasını istifadəyə verib
“Google”un proqramçıları “Google Docs” onlayn xidmətində yeni funksiya təqdim ediblər. İndi istifadəçi səsin köməyi ilə həm mətni yığa, həm də onu redaktə edə bilər.
2015-ci ilin sentyabrında “Google Docs” xidmətində mətnin səslə daxil edilməsi funksiyası istifadəyə verilib. 6 ay sonra proqramçılar yeni funksiya təqdim ediblər: indi mətni səslə redaktə etmək mümkündür. Sözügedən funksiya hələ ki yalnız ingilis dilində əlçatandır. Komandaların siyahısı şirkətin bloqunda dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, səs komandaların köməyi ilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəz etmək, köçürmək, mətni qalın etmək, hətta “smaylik” əlavə etmək olar. Ancaq bu imkan yalnız fərdi kompüterdən istifadə zamanı əlçatandır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL