waplog

Dünyada “UFS 2.0” əsaslı ilk daşıyıcıların kütləvi istehsalı başlayır


“Samsung” şirkəti dünyada “UFS 2.0” əsaslı ilk daxili daşıyıcıların kütləvi istehsalına başlayır. Yenilik qabaqcıl mobil cihazlarda istifadə olunacaq. Yeni texnologiya məhsuldarlığına görə fərdi kompüterlərdə istifadə olunan “SATA SSD” disklərini xeyli ötür. “Samsung UFS 2.0” yaddaşı informasiyanın yüksəksürətli ötürülməsi, böyük tutuma malik olması və çipin yığcam ölçüsü baxımından qabaqcıl smartfonların bütün müasir tələblərinə cavab verir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 256 QB tutumunda “UFS 2.0” daşıyıcıları istifadəçilərə bir çox mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verəcək. Məsələn, eyni anda “split-screen” rejimində “4K” formatlı video izləmək, internetdən fayl yükləmək  və fotoalboma baxmaq mümkün olacaq. Daşıyıcının tutumu (256 QB) böyük həcmdə məlumat (məsələn, 47 ədəd 1.5 saatlıq “Full HD” formatında film) saxlamağa imkan verir ki, bu da smartfonun funksionallığını xeyli genişləndirir.

Bundan başqa, “UFS 2.0” texnologiyasına malik qurğu sahibləri məlumatı bir mobil qurğudan digərinə daha sürətli ötürə biləcəklər. 5 QB ölçüsündə faylı 12 saniyə ərzində göndərmək mümkün olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL