2019-cu ilə qlobal robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq
Robot texnikası istehsal prosesini xeyli dəyişdirməyə imkan verən əsas texnologiyalardan biridir və uzun müddətdir avtomobil sənayesində tətbiq edilir. İndi isə elektronika, ticarət, səhiyyə, logistika, kənd təsərrüfatı, xidmət sahəsi, təhsil və idarəetmə sahələrinə tətbiq olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, 2015-2019-cu illərdə dünya robot texnikası bazarının həcmi ildə orta hesabla 17% yüksələrək 135.4 milyard dollara yaxınlaşacaq.
Ötən il qlobal robot texnikası alışının 33.2 və 30.2 faizi diskret və fasiləsiz istehsalın payına düşüb. Hasilat sənayesi, səhiyyə və nəqliyyat öz həcminə görə növbəti yerləri tuturlar. Ən yüksək artım fasiləsiz istehsal və səhiyyə sahələrində müşahidə olunur.
2019-cu ilə bütün növ robotların (sənaye, məişət və xidmət) satış həcmi 32 milyard dollaradək artacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL