waplog

Günəş şüası ilə enerji toplayan displey təqdim edilib


“Kyocera” şirkəti tərəfindən təqdim edilmiş yeni displey prototipi günəş batareyası kimi işləyə bilər. Yeniliyin ölçüsü kiçik olduğundan o, mobil qurğularda istifadə oluna bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “infor.ru” saytına istinadən yazır ki, sözügedən şirkət öz həllini Barselonada keçirilmiş beynəlxalq “MWC 2016” sərgisində nümayiş etdirib. Təqdim edilmiş prototipə qalınlığı 0.55 mm olan nazik lövhə qurulub. Nəticədə smartfonun displeyi daxili akkumulyatoru sürətli şəkildə enerji ilə doldura bilər: məsələn, 3 dəqiqə müddətində günəş şüası qəbul edən displey 1 dəqiqəlik iş üçün kifayət edəcək qədər enerji generasiya edir.

Bu, “Kyocera” şirkəti tərəfindən təqdim edilmiş unikal ekranın ikinci nəslidir: istehsalçı ilk dəfə öz həllini ötən il martın əvvəlində “MWC 2015” sərgisində nümayiş etdirmişdi. Şirkət 1 il ərzində öz həllini günəş enerjisinin elektrik enerjisinə çevrilməsi planında 8 dəfə sürətləndirməyə nail olub.

“Kyocera” şirkətinin əməkdaşları prototip üzərində  Fransanın “SunPartner” şirkətinin mütəxəssisləri ilə birgə çalışıblar. Onlar tərəfindən yaradılmış texnologiya “WYSIPS” (“What You See Is Photovoltaic Surface”) adlanır və iddialara görə, ekranın matrisindən asılı olmayaraq istənilən smartfon və planşetlərdə istifadə edilə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL