waplog

Pəncərələrin enerjiyə qənaət etməsinə imkan verən boya ixtira edilib


ABŞ-da binalarda istifadə edilən enerjinin 10 faizi pəncərələr vasitəsilə sərf edilir ki, bu da binanın sahiblərinə illik təqribən 50 milyard dollar zərər vurur. Ancaq pəncərənin dəyişilməsinin və ya onların enerjiyə qənaət edən örtüklə təchizinin baha başa gəlməsi əsas maneədir. ABŞ-ın Energetika Departamenti, Berklidə Lourens adına milli laboratoriya kreativ kimyanın köməyi ilə bu problemi həll etməyə çalışırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, "məsələ ondadır ki, ev sahibi bahalı podratçıları işə götürmək əvəzinə, yerli inşaat mağazasından örtük satın alaraq özü onu quraşdıra bilər" – Berkli laboratoriyasının işçisi Loren Veyntkamp deyib. "Örtük görünən işığı keçirərək günəş enerjisinin infraqırmızı spektrini əks istiqamətdə göndərir ki, bu da xüsusilə isti hava şəraitində pəncərələrdən istifadə səmərəliyini xeyli yüksəldəcək, çünki bu zaman havanın kondisiyalaşdırılmasına xeyli enerji sərf olunur".

İndi enerjiyə qənaət edən plyonkalar satışa çıxarılsa da,  onun yapışdırılması üçün peşəkarın köməyinə ehtiyac var. Ucuz alternativ bu vəziyyəti dəyişdirə və hər il 35 milyard kilovat-saat enerjiyə qənaət edilməsinə səbəb ola bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL