Amerikalı qadın süni göz sayəsində işıqlı dünyanı görmək imkanı əldə edib
Süni gözün implantasiyası üzrə 5 saatlıq əməliyyat keçirmiş ABŞ-ın Denver şəhərində yaşayan 51 yaşlı Ceymi Karli işıqlı dünyanı görmək imkanı əldə edib.
Həkim Nareş Mandava hələ ötən ilin noyabrında pasiyentə süni göz implantasiya edib, amma yalnız ötən həftə qurğunun son sazlama işləri başa çatdırılıb. Gözün torlu qişasına qurulmuş mikroçip, daxili kamera və ötürücü aparata malik xüsusi eynək sayəsində Ceymi işıq və qaranlığı ayırd edə bilmək, əşyaların cizgilərini görmək qabiliyyətini əldə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Ceymi 26 yaşında kor olub. O, nadir irsi degenerativ xəstəlikdən əziyyət çəkir.
Xüsusi eynək, mikroçip və əməliyyatın birgə dəyəri 150 min dollar təşkil edib. Sığorta şirkəti amerikalının bütün xərclərini qarşılayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL