Dünyada ən yüngül günəş batareyaları yaradılıb
Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmış dünyanın ən yüngül günəş batareyalarını istəniləm yerə qurmaq mümkündür.
Sabun köpüyü bir batareyanı asanlıqla saxlayır. Yeni günəş batareyalarını daşınan elektronika, kosmik və aviasiya həllərində, kağız və geyimdə istifadə etmək olar və onun çəkisi o qədər yüngüldür ki, insan bu batareyaları, sadəcə, görməyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “rusbase.com” saytına istinadən yazır ki, batareya Massaçusets Texnologiya İnstitutunda innovasiyalar üzrə dekanın müavini Vladimir Buloviç tərəfindən yaradılıb. Onun komandası uzun illər günəş batareyalarının yaradılması üçün yeni texnologiya üzərində işləyib və son nəticədə 3 müxtəlif prosesi birində birləşdirmək üsulunu tapıb.
"1 kq çəkiyə malik adi silisium lövhəsi təxminən 15 vatt enerji generasiya edir – “MIT News” yazır. Yeni model 400 dəfə daha effektivdir, çünki 1 qram çəkiyə malik günəş batareyası təxminən 6 vatt enerji generasiya edir".
Belə batareyaları hər bir evə internet paylayan aerostatlardan tutmuş, peyk və kosmik gəmilərədək hər yerdə tətbiq etmək olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL