waplog

Ötən ay ən çox istifadə olunan elektron xidmət bəlli olub


Operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi olan “Elektron hökumət” portalı (www-e-gov.az)  üzərindən fevral ayında ən çox istifadə edilən elektron xidmətin adı məlum olub.

Ötən ay  portal vasitəsi ilə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətinə müraciət edilib.

E-xidmətlərdən fevral üzrə istifadə statistikasına görə ilk pillədə qərarlaşan bu xidmətdən bir ayda 180061 dəfə istifadə olunub.

“Elektron hökumət” portalı üzərindən sözügedən xidmətdən yararlanmaq üçün gücləndirilmiş imza sertifikatları ilə autentifikasiya (tanıma, identikləşdirmə) vasitələrindən istifadə tələb olunur.

Qeyd edək ki, əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL