waplog

Elektron imza sertifikatlarının istifadəçilərinin sayı 5 faiz artıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imza kartları ilə bağlı son statistik göstəriciləri açıqlayıb.

1 mart 2016-cı il tarixinə olan statistikaya əsasən, ümumilikdə 82068 elektron imza sertifikatı istifadəyə verilib.  Sertifikatların 51730-nu dövlət qurumları, 15960-nı fiziki şəxslər, 14378-ni isə hüquqi şəxslər əldə edib.

Yanvar ayı ilə müqayisədə fevralda e-imzanın sayında 5 faiz artım qeydə alınıb. Belə ki, fevral ayının 1-nə qədər istifadəyə verilən elektron imza sertifikatının sayı 78286 təşkil edib.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL