Tezliklə HİV-ə yoluxanlara xidmət üçün mobil proqramlar istifadəyə veriləcək
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə müştərək proqramı (UNAIDS) və “Orange” telekommunikasiya operatoru mobil texnologiyalardan istifadə etməklə tibb işçiləri və HİV-ə yoluxan insanlar arasında əlaqələri möhkəmləndirmək məqsədi daşıyan yeni layihə üzərində birgə işə dair memorandum imzalayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti BMT saytı “www.un.org”-a istinadən yazır ki, yeni mobil əlavə məlumatların toplanmasına və təhlilinə kömək etməklə QİÇS-ə yoluxan insanlara tibbi yardımın göstərilməsində keyfiyyətin artırılmasına xidmət edəcək. Toplanan informasiya anonim və məxfi saxlanılacaq.
“UNAIDS”-in 2020-ci ilədək prioritet vəzifələrinin tezliklə yerinə yetirilməsinə nail olmaq üçün ölkələr innovasiyalar tətbiq etməlidir”, - UNAIDS”-in icraçı direktoru Mişel Sidibe qeyd edib. O qeyd edib ki, yeni əməkdaşlıq ölkələrə qabaqcıl, qənaətcil və istifadəsi sadə texnologiyaların üstünlüklərindən yararlanmağa imkan verəcək ki, HİV-ə yoluxmuş insanlara yüksəksəviyyəli xidmətlərin göstərilməsi təmin edilsin.
“UNAIDS” və onun tərəfdaşları “Hər yerdə mobil təlim” internet platformasından istifadə edəcək. Platforma tibb işçilərinə tibbi yardım alan insanlarla mətnli və səsli bildirişlər, eləcə də telefon vasitəsilə ünsiyyət qurmağa imkan verəcək. Səhiyyə sistemi əməkdaşları xidmətin keyfiyyəti ilə bağlı məlumatlar göndərə və sorğular keçirə, eləcə də virtual informasiya-sorğu xidməti vasitəsilə sualları cavablandıra biləcəklər.
Texnologiyadan istifadə çox sadədir: məlumatların göndərilməsi və qəbulu üçün layihə iştirakçılarına yalnız adi mobil telefon və “2G” rabitə standartı lazım olacaq. İnternetə giriş və əlavələrin yüklənməsi tələb olunmur.
Tərəfdaşlıq 2030-cu ilədək QİÇS epidemiyasının əhalinin sağlamlığına təhlükə kimi ləğvi üzrə fəaliyyəti aktivləşdirməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL