waplog

Fevralda elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub


Fevral ayında “Elektron hökumət” portalı (www-e-gov.az) vasitəsilə ən çox Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidmətlərindən istifadə edilib.

RYTN-in Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, ötən ay portal istifadəçiləri nazirliyin e-xidmətlərindən 275959 dəfə faydalanıblar.

Bu müddətdə RYTN-in ən aktual  e-xidmətləri  “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” və “Telefon nömrəsi üzrə axtarış” xidmətləri olub.
Adıçəkilən xidmətlərə müvafiq olaraq 84954 və 66657 dəfə müraciət olunub.

Qeyd edək ki, “Elektron hökumət” portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti inteqrasiya edilib.

CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL