waplog

Alimlər teleportasiya prosesinə nail olublar


Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universitetində işləyən fiziklər materiyanın xüsusiyyətləri haqda informasiyanı kiçik məsafəyə ötürməyə nail olublar. Bu halda bu proses klassik fizika qanunları çərçivəsində kvant deyil, adi səviyyədə reallaşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dni.ru” saytına istinadən yazır ki, Kornel Universitetinin kitabxanasında dərc edilmiş məqalədə yazılır ki, almaniyalı alimlər bir-biri ilə xüsusi şəkildə əlaqəli olan lazer şüalarından istifadə edərək ilk dəfə materiyanın xüsusiyyətləri haqda informasiyanı kiçik məsafəyə ötürməyə müvəffəq olublar.

Alimlər teleportasiya üçün öncədən müəyyən edilmiş sürətlə fırlanan xüsusi polyarlaşmış lövhələrin köməyi ilə lazer şüalarını bilərəkdən qarışıq salıblar. Bundan sonra onlar şüaları “CNOT” məntiqi əməliyyatının işıq variantı sayılan qurğudan keçiriblər və nəticədə bir şüadakı informasiya ikinciyə teleportasiya olunub.

Lakin eksperimentin müəllifləri qeyd ediblər ki, hələ ki lazerlər bir-birinə yaxın məsafədə yerləşdiyi halda belə teleportasiya mümkündür. Ancaq  mütəxəssislərin fikrincə, bu sınağın uğurlu nəticəsi onu göstərir ki, teleportasiya kvant mikrodünyasının müstəsna xüsusiyyəti deyil, kainat üçün universal hadisədir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL