waplog

Kosmosdan çəkilən şəkillər batmış gəmiləri tapmağa kömək edəcək


Avropa alimləri gələcəkdə dənizdə batmış gəmiləri axtarmağa kömək edəcək xüsusi proqram hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Globalscience” resursuna istinadən yazır ki, alimlərin hazırladığı texnologiyanın özəlliyi ondan ibarətdir ki, batmış gəmilərin axtarışı kosmosdan aparılacaq. Belə ki, unikal texnologiya peyklərə dəniz dibini yüz minlərlə kilometr məsafədən görməyə imkan verəcək.

Alimlərin nadir hesab etdiyi yeni texnologiyanın dəniz arxeologiyasında - dəniz və okean dərinliklərini tədqiq edən elmdə istifadəsi planlaşdırılır. Ondan düzgün istifadə batmış gəmiləri işə salındıqdan bir neçə saat sonra aşkarlamağı təmin edəcək.

Bununla arxeoloqların gəmilərin axtarışı üçün vaxt itirməsinə ehtiyac qalmayacaq. Texnologiyanın ilk sınaqları Belçikanın Zebrüqqe limanına yaxın sahil zonasında keçirilib.

Qeyd olunur ki, növbəti sınaqlar uğurla keçiriləcəyi təqdirdə alimlər tezliklə dünyada bütün batmış gəmiləri aşkarlamaq imkanı əldə edə biləcəklər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL