waplog

Qlobal mobil telefon bazarında gəlir azalıb


“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, 2015-ci ilin dördüncü rübündə mobil telefon satışından əldə olunan gəlir illik hesablama üzrə 1% azalıb. Mütəxəssislər bildiriblər ki, bu, son 10 rüb ərzində sözügedən sahədə qeydə alınmış ilk azalmadır.

“Apple” şirkəti mobil telefon satışından əldə olunan gəlirin həcminə görə dünya lideri olaraq qalır. Eyni zamanda ABŞ şirkətinin rəqibi olan “Samsung”un göstəriciləri pisləşib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, ötən rüb qlobal mobil telefon bazarında ümumi gəlirin 66%-dən çox hissəsi iki aparıcı istehsalçının payına düşüb. Sözügedən sahədə digər istehsalçıların əksəriyyətində satışların azalması qeydə alınıb.

“GfK” analitik şirkətinin araşdırmasına əsasən, ötən ilin son rübündə smartfon bazarında qlobal gəlir 115.2 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.2% azdır.

“GfK” mütəxəssislərinin hesablamasına görə, 2015-ci ildə smartfon bazarında 1.3 milyard smartfon satılıb ki, bu da 2014-cü illə müqayisədə 7% daha çoxdur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL