Bakıda Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Poçt İttifaqının birgə seminarı keçiriləcək
4-7 Aprel 2016-cı il tarixlərində Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) birgə seminarı keçiriləcək.
Regional Rabitə Birliyinin məlumatına görə, Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin təyin edilmiş operatorları üçün nəzərdə tutulan seminarda poçt və gömrük xidmətlərinin birgə əməkdaşlığı sahəsində beynəlxalq təcrübə, poçt göndərişlərinə dair qarşılıqlı elektron məlumat mübadiləsi, elektron ticarət, qadağan olunmuş və təhlükəli mallara qarşı birgə mübarizə və sair məsələlər müzakirə ediləcək. Tədbirdə hər iki qurumdan Azərbaycanla yanaşı, digər region ölkələrinin də aidiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Regional Rabitə Birliyi 1991-ci ildə Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən yaradılıb. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 17 dekabr 1991-ci ildən təşkilatın tamhüquqlu üzvüdür. 25 illik tarixə malik təşkilatın əsas fəaliyyət istiqamətlərinə RRB Administrasiyaları arasında qarşılıqlı sərfəli münasibətlərin genişləndirilməsi; elmi-texniki siyasət üzrə məsələlərin koordinasiyası, radio spektr idarəçiliyi; rabitə xidmətləri üzrə tarif siyasəti; kadr hazırlığı; qarşılıqlı informasiya mübadiləsi və s. daxildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL