waplog

Biokütlədən elektrolitli akkumulyator yaradılıb


ABŞ-ın Texas Universitetinin mütəxəssisləri elektrolitin bilavasitə biokütlədən alındığı maye akkumulyatorun təcrübi nümunəsini yaradıblar.   

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science www.naked-science.ru” resursuna istinadən yazır ki, maye akkumulyatorların tətbiqi üçün əsas sahələrdən biri kimi külək və günəş elektrik stansiyalarının köməyi ilə hasil edilən enerjinin saxlanılması hesab edilir. Biokütlə ilə işləyən akkumulyator maye batareyaların bir neçə məlum problemini həll etməyə imkan verərək çıxış gərginliyini artırır və qurğunun dəyərini ucuzlaşdırır.

Bildirilir ki, əvvəlcədən kinə ağacının qabığından ayrılan xinon elektron və protonları daşıya və biokimyəvi reaksiyalarda, məsələn, fotosintezdə iştirak edə bilir. Mütəxəssislər akkumulyatorda anod qrafit hidroxinonu ənənəvi qeyri-metal litium batareyaların əvəzinə birləşdiriblər. Nəticədə maksimal çıxış gərginliyi hidroxinon və qrafitin bir-birinə təsiri sayəsində adi maye akkumulyatorların gücünü xeyli üstələyərək 3,4 V təşkil edib. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL