waplog

2025-ci ilədək dünyada 785 “Ultra HD” formatlı kanal yayımlanacaq


“Northern Sky Research” (NSR) tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək peyklər vasitəsilə “Ultra HD” (4K) təsvir ölçüsündə 785-dən çox telekanal yayımlanacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, şirkətin dərc etdiyi “Peyk vasitəsilə yayımlanan Ultra HD” adlı hesabatda qeyd olunur ki, 2016-cı ilədək dünyanın, demək olar, bütün regionları “Ultra HD” kanallardan istifadə edə biləcək, inkişaf etməkdə olan ölkələr isə onilliyin sonunadək “UHD” kanalların qəbuluna başlayacaq.

Bildirilir ki, “4K” televizorların qiymətlərinin azalması yeni formata marağı və tələbatı artırır, “4K” televizorların nüfuzetmə səviyyəsi “HD” televizorlarla müqayisədə daha sürətlə yüksəlir.
Hesabatda, həmçinin proqnozlaşdırılır ki, “Ultra HD”-in ötürülməsinə görə kanalların buraxılış qabiliyyətinin genişləndirilməsi üçün tələb olunan peyk tutumlarının icarəsinin artması ildə 280 milyon dollar əlavə qazanc gətirəcək.

Bundan başqa, qeyd olunur ki, “Ultra HD”-in video bazarının hələ də kiçik komponenti kimi qalmasına baxmayaraq onun ödənişli televiziya və peyk operatorları platformalarının gəlirlərinə təsiri böyük olmaqla 2025-ci ilədək əksər platformalar üçün kritik komponent olacaq.

Məlumat üçün bildirək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “Ultra HD” və ya “4K” formatlı televizorlar 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL