waplog

Yeni texnologiya gözdən əlil insanlara dünyanı "görməyə" imkan verəcək


“Microsoft” korporasiyası “Microsoft Build 2016” konfransı çərçivəsində təsvirin tanınması üzrə yeni texnologiya nümayiş etdirib. Artırılmış reallıq texnologiyasının analoqu olan yeni texnologiya zəif görən və gözdən əlil insanlar üçün yaradılır.

“Microsoft”un yeni həlli fotokamera ilə təchiz edilmiş “ağıllı” eynəkdən (məsələn, “PivotHead”) istifadəni nəzərdə tutur. Xüsusi mobil proqram cari anda kameranın görünüş sahəsinə düşən təsviri tanımağa və onu səsli mesaja interpretasiya etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, proqram təminatı “Microsoft”un zəif görən mühəndisi tərəfindən hazırlanıb. Yeni texnologiya yalnız təsviri deyil, həmçinin kadra düşmüş insanların yaşını və sifətindəki ifadəni tanımağa imkan verəcək ki, “ağıllı” eynəyin sahibi onların emosiyalarını müəyyənləşdirə bilsin.

Daxili kamera və yeni proqram təminatına malik eynək həm bina daxilində, həm də küçədə tətbiq oluna bilər: istənilən mətn və ya istənilən hərəkət “tanınır”. Sınaqlar zamanı yeni texnologiya biznes görüş çərçivəsində testdən keçirilib. Sözügedən həll biznes görüşdə iştirak edən hər bir iştirakçının təxmini yaşını, həmçinin cinsini və dialoq zamanı onların emosiyasını müəyyənləşdirib.

“Microsoft” növbəti sınağını restoranda keçirib: eynək menyudakı mətnin tanınması üçün istifadə edilib. “Ağıllı” texnologiya menyunun fotosunu çəkib və eynəyin sahibinə sifariş üçün əlçatan yeməklər haqda məlumat verib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL