2017-ci ildə dünyada ilk elastik smartfon nümayiş etdiriləcək
“Samsung Electronics” şirkəti elastik korpusla təchiz edilmiş smartfon ideyasından əl çəkmir. Koreyanın “The Electronic Times” nəşri yazır ki, şirkət yerli və xarici şirkətləri sözügedən layihəyə cəlb edib və 2017-ci ildə istehlakçılara ilk belə qurğu təqdim etməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, elastik korpusla təchiz edilmiş smartfon “OLED” texnologiyalı displeyə malik olacaq. Açıq vəziyyətdə ekranın diaqonalı 7 düym, bağlanmış vəziyyətdə isə 5 düymə bərabər olacaq. Belə smartfonu rahatlıqla cibdə saxlamaq olar.
“The Electronic Times” nəşrinin məlumatına görə, sözügedən prototipin üzərində aparılan iş tamamilə başa çatıb.
Nəşrə əsasən, elastik smartfon üçün displey “Samsung Display” şirkəti tərəfindən hazırlanıb.
“Samsung” şirkətinin nümayəndəsi hesab edir ki, elastik modellər sayəsində smartfon bazarında yaşanan "böhran" aradan qalxacaq. “Gartner” analitik şirkətinin məlumatına əsasən, 2016-cı ildə qlobal smartfon bazarının həcmi 1.5 milyard qurğu təşkil edəcək ki, bu da ötən illə müqayisədə 7% yüksəkdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL